İki aydan yuxarıdır ki, Vəhdət Partiyasının fəaliyyətinin dayandıracağı və yaxud da başqa bir partiyaya birləşəcəyi ilə bağlı məlumatlar yayılır. Bu məlumatların nə dərəcədə həqiqət olub-olmadığını yoxlamaq üçün partiyanın sədri, Milli Məclisin deputatı Tahir Kərimli ilə əlaqə saxlamaq müşkülə çevrilib. Sədrin telefonu jurnalistlər üçün "əhatə dairəsi xaricindədir”.
Vəhdət Partiyasının təşkilat məsələləri üzrə sədr müavini Fəxrəddin Ağazadə Qaynarinfo-ya açıqlamasında Tahir Kərimlinin mətbuatdan, jurnalistlərdən küsdüyünü təsdiqləyib:
"Tahir Kərimli verdiyi açıqlamaları təhrif edib, mətbuatda və sosial şəbəkədə ona qarşı hücuma keçirlər. Sədrimizn fikirləri ilə tam tanış olmurlar, əksəriyyət saytların başlıqlarına inanır. Belə-belə şeylərə görə Tahir bəy mətbuata açıqlama verməkdən imtina edir. Deyir ki, "yorulmuşam bu adamlardan, dediyim fikirləri başqa yerə yozurlar, bu səbəbdən heç kəsə açıqlama verməyəcəyəm”. Sədrimiz heç telekanallara da müsahibə vermir. Onun müsahibəsini olduğu kimi göstərmirlər. Tahir bəyin dediyi qalır bir tərəfdə, demədiyi bir fikiri çıxarıb yayıb, hörmətdən salırlar. Sosial şəbəkələrdə söyüş söyürlər, o da həsas adamdır, qəlbinə dəyir. Buna görə də mətbuata açıqlama vermir".
Fəxrəddin Ağazadə hesab edir ki, bu incikliyin düşməməsi üçün Tahir Kərimlinin fikirlərini olduğu kimi yayımlamaq lazımdır:
"Bunu niyə edirlər? Həsas adamdır, qəlb ağrısı keçirir. Tahir Kərimli sözün düzünü deyən adamdır. Onun bir fikiri var, "əgər mənim fikirlərimi jurnalistlər olduğu kimi vermirlərsə, o zaman niyə açıqlama verməliyəm?”. Tahir Kərimli millətindən deyil, jurnalistlərdən küsüb, inciyib. İnanıram ki, yaxın günlərdə bu inciklik aradan qaldırılacaq”.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb