Əkizlərə dəstək olduğu üçün tənqid olundu
Tarix: 9-05-2023, 08:09
Baxılıb: 1 091
Google+ Paylaş
Tumblr Paylaş

Əkizlərə dəstək olduğu üçün tənqid olundu

9-05-2023, 08:09

Xəbər verdiyimiz kimi, Azərbaycanı "Avroviziya 2023"də təmsil edən Tural və Turan Bağmanov qardaşlarının ötən gün müsabiqənin açılış mərasimindəki tərzi müzakirələrə səbəb olub.

Saç düzümü, makiyajı və geyimlərinə görə tənqid olunan əkizlərə müğənni Nadir Qafarzadə dəstək olub.

Sənətçi sosial şəbəkədə onların fotosunu paylaşaraq "Sizə uğurlar. Əgər haqqınızda danışırlarsa, demək ki, artıq ulduzsunuz. İncəsənət qurban tələb edir" sözlərini yazıb.

Müğənninin əkizləri dəstəkləməsiilə bağlı paylaşımı izləyiciləri tərəfindən tənqid olunub.

Qeyd edək ki, Turan və Turalın qalmaqallı görünüşü üzərində Fuad Hacıyev və Niko Lab çalışıb. Geyimin müəllifi isə dizayner Aysel Sadıqovadır

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ