Estoniya hakimiyyəti dövlət rəsmilərinə "TikTok" tətbiqindən istifadəni qadağan etmək qərarına gəlib.
Bu barədə “Eesti Paevaleht” qəzeti sahibkarlıq və informasiya texnologiyaları naziri Kristjan Jarvanın sözlərinə istinadən yazır.
Onun sözlərinə görə, Dövlət İnformasiya və Kommunikasiya Texnologiyaları Mərkəzi artıq Çinin "TikTok" tətbiqini qadağan etmək üçün müvafiq fərman verib. “TikTok" bu ay mərkəzdən idarə olunan bütün telefonlarda söndürüləcək” deyən nazir, bu məhdudiyyətlərin şəxsi telefonlara şamil olunmadığını bildirib.
Qeyd edək ki, Estoniya "TikTok"u məhdudlaşdırmağa cəhd edən ilk ölkə deyil. Hələ fevralın sonunda ABŞ-da federal qurumların işçilərinə bu tətbiqdən qurtulmaq əmri verilib. Eyni zamanda, Avropa İttifaqının müxtəlif qurumları öz işçilərinə bunu rəsmi smartfonlara quraşdırmağı qadağan edib. Oxşar qərarlar İngiltərə, Danimarka, Norveç və Fransada da qəbul edilib.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb