Yazıçı-publisist Nemət Veysəlli vəfat edib.
Bu barədə Azərbaycan Yazıçılar Birliyindən məlumat verilib.
Nemət Veysəlli 1941-ci ildə Füzuli rayonunun Yuxarı Veysəlli kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
1975-ci ildə Azərbaycan Dövlət Tele-Radio şirkətində, 1976–1993-cü illərdə Azərbaycan Yazıçılar İttifaqında, "Azərbaycan", "Ulduz" jurnallarının publisistika şöbələrində işləyib.
"Qobustan" incəsənət toplusunda şöbə müdiri (1999–2001), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin orqanı olan "Mədəniyyət" qəzetində baş redaktor (2001–2006), "Qarabağın səsi" qəzetində baş redaktor (2007–2008) vəzifəsində çalışıb.
O, "Sehrkar səslər, əfsanəvi rənglər", "Sular qovuşan yerdə", "Sənsiz keçən illər", "Piyadaların döyüşü", "Mənim müharibəm", "Geriyə yol varmı" və digər bədii-publisistik kitabların müəllifidir.
Allah rəhmət eləsin!

Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı