Edis Bakıya gəlməkdən niyə imtina etdi?
Tarix: 22-02-2023, 19:02
Baxılıb: 1 136
Google+ Paylaş
Tumblr Paylaş

Edis Bakıya gəlməkdən niyə imtina etdi?

22-02-2023, 19:02

Türkiyənin məışhur müğənnisi Edisin 18 martda “Baku Crystall Hall”da keçirilməsi planlaşdırılan konsertinin vaxtı dəyişdirilib.

Bu barədə “iticket” platforması məlumat yayıb. Bildirilib ki, sənətçinin şousu Türkiyədə baş verən fəlakətlə bağlı olaraq 6 may tarixinə keçirilib. Alınan biletlər növbəti tarixə də keçərlidir.

Qeyd edək ki, tədbirdə KÖFN qrupu da səhnə alacaq. Konsertinə qısa zamanda 6 mindən çox bilet satılan Edis dünya turuna Bakıda başlayacaq. O, gecədə musiqiçiləri və rəqqasları ilə səhnəyə çıxacaq. Tədbirə biletlər 45 manatdan başlayır. Onu da bildirək ki, sənətçinin ilk Bakı konserti anşlaqla keçmiş, 2 gün baş tutan şouya 7 min adam qatılmışdı

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ