Son aylar havanın temperaturu gah yüksək olur, gah da vəziyyət kəskin dəyişir. Bu da istər-istəməz insanlarda müəyyən narahatlıqlara yol açır.
Bu cür durum istər psixoloji, istərsə də, fiziki sağlamlığımıza necə təsir edir?
AvroMedia.az xəbər verir ki, Globalinfo.az-a danışan tibb üzrə fəlsəfə doktoru Şadoğlan Cabbarov deyib ki, hava dəyişkənliyinin əsasən, psixoloji vəziyyətimiz və sinir sistemimiz üçün fəsadları var:
“Xüsusilə nevroloji poblemlər, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər bu kateqoriyada yer alırlar. Bəzi insanlarda daha ağır nəticələr müşahidə olunur. Məsələn, yüksək arterial təzyiqi olan şəxslərdə hipertonik krizin olması mümkündür. Onlarda qəfildən təzyiq yüksəlsə, insult və ya infarkt keçirə bilərlər”.
Mütəxəssis həssas insanlara tövsiyələr də verib:
“Əslində hava dəyişəndə bu cür insanlar öz hallarından xəbərdar olurlar. Onlara həm də profilaktik məqsədlə dərman qəbul etməyi məsləhət görərdim. Yaxud revmatizmi olanlar isti yerdə olmağa çalışsınlar. Ümumiyyətlə, risk faktorları müxtəlif olduğuna görə, uyğun tədbirlər görülməlidir”.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi