Yaşıl bananların müntəzəm istehlakı kolorektal xərçəngə (bağırsaq xərçəngi) tutulma riskini əhəmiyyətli dərəcədə azaldır.
Bu barədə məlumat “El Espanol” nəşrinə dərc edilib.
Bildirilib ki, yaşıl banan nazik bağırsaqda həzm olunmayan, lakin yoğun bağırsağa keçən və prebiyotik rolunu oynayan xüsusi növ karbohidrat olan nişasta ilə zəngindir.
Bu, bağırsaq mikroflorasını və hüceyrələri iltihabdan və bədxassəli dəyişikliklərdən qoruyan qısa zəncirli yağ turşularının istehsalını normallaşdırmağa kömək edir
Yaşıl banan həmçinin xolesterol səviyyəsini aşağı salmağa, 2-ci tip diabetin inkişafının qarşısını almağa və piylənmə ilə mübarizə aparmağa yardımçı olur.
Yaşıl banan daha az şirindir və yetişmiş sarı bananlardan daha az şəkər ehtiva edir. Buna görə də, şəkər xəstələri üçün yaşıl banan daha faydalı hesab olunur.
Həmçinin tərkibindəki kalium ürək sağlamlığını dəstəkləyir. Kalium natriumun bədənə təsirini maneə törətməklə qan təzyiqini tənzimləməyə kömək edir ki, bu da infarkt riskinin qarşısını alır.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi