Antibiotik səbəbindən 2022-ci ildə 3 milyondan çox uşaq ölüb.
AvroMedia.az milli.az-a istinadən xəbər verir ki, araşdırmanı Avstraliyadakı Mardoç Uşaq Araşdırmaları İnstitutu və Clinton Sağlamlığa Çatım Təşəbbüsü aparıb. Elmi işin əsas müəllifləri Yanxonq Jessika Hu və Herb Harwell olub. Onlar xüsusilə Afrika və Cənub-Şərqi Asiyada uşaqların daha çox risk altında olduğunu bildiriblər.
Məlumatlar Ümumdünya Səhiyyə Təşkilatı, Dünya Bankı və digər qurumlardan toplanıb. Son üç ildə antibiotiklərə davamlı uşaq infeksiyalarının 10 dəfə artdığı qeyd olunub.
Araşdırmanın nəticələri Vyanada keçirilən elmi konqresdə təqdim edilib. Təqdimat zamanı professor Harwell məsələni qlobal böhran adlandırıb. O bildirib ki, bu problem bütün dünyaya təsir edir.
“Biz araşdırma ilə göstərmək istədik ki, antibiotik müqaviməti uşaqlar üçün daha ağır nəticələr yaradır. 2022-ci ildə bu səbəbdən təxminən 3 milyon uşaq həyatını itirib,” – deyə o vurğulayıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi