Bədənimizdəki kiçik dəyişikliklər böyük sağlamlıq problemlərinin əlaməti ola bilər.
AvroMedia.az xəbər verir ki, bəzən bədənimizdə baş verən dəyişikliklər ilk baxışda adi görünsə də, əslində sağlamlığımızla bağlı ciddi mesajlar verir. Bu dəyişiklikləri vaxtında hiss etmək və düzgün diaqnoz qoya bilmək bəzən fərqində olmadığımız xəstəlikləri erkən mərhələdə aşkar etməyə kömək edə bilər.
Mütəxəssislər bildirirlər ki, gün ərzində tez-tez yatmaq istəyi, ya da səbəbsiz yerə çox su içmək istəyi kimi hallar göründüyü qədər zərərsiz olmaya bilər. Məsələn, duzlu yeməklərə olan həddindən artıq istək bədəndə mineral və vitamin çatışmazlığının və ya başqa bir problemin əlaməti ola bilər.
Dəridə qalınlaşma, qaşınma, qabıqlanma və ya qızartılar isə bəzən hormonal pozğunluqların, ekzema və ya allergiyanın xəbərçisi ola bilər. Belə hallar davamlı olarsa, qan analizi vermək tövsiyə olunur.
Yuxusuzluq və ya gündüz saatlarında qəfil yuxuya getmə halları “hipersomniya” deyilən vəziyyətlə əlaqəli ola bilər. Gecə normal və uzun müddət yatan bu insanlar, yenə də gün ərzində yuxuya meylli olurlar. Mütəxəssislər bunun sadəcə yorğunluqdan deyil, başqa sağlamlıq problemlərindən qaynaqlana biləcəyini bildirirlər.
45 yaşdan cavan insanlarda göz bəbəyi ətrafında yaranan ağ və ya boz halqa isə yüksək xolesterinin əlaməti ola bilər. Həkimlər bu dəyişikliyin öz-özlüyündə zərərsiz olduğunu, lakin daxili problemin göstəricisi ola biləcəyini qeyd edirlər.
Əsəbi və aqressiv davranışlar da bəzən insanın xarakterindən deyil, depressiya kimi psixoloji pozğunluqlardan qaynaqlana bilər.
Əgər döş nahiyənizdə şişkinlik, bərklik, qızartı, qaşınma və ya dəridə çökəklik hiss edirsinizsə, bu hallar vaxtında müayinə olunmalıdır. Bu simptomlar döş xərçənginin erkən əlamətləri ola bilər və vaxtında diaqnoz həyati əhəmiyyət daşıyır.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi