“Azərbaycan Uşaqları” İctimai Birliyinin sığınacağında 8 uşağa virus yoluxub.
AvroMedia.az milli.az-a istinadla xəbər verir ki, hazırda 3 uşaq xəstəxanada, 5 uşaq isə həkimlərin yazdığı təyinatlar əsasında sığınacaqda müalicə alırlar.
Sığınacağın rəhbəri Kəmalə Ağazadə bildirib ki, virus uşaqlara bayram günü sığınacağa yeni gətirilən digər uşaqlardan keçib.
“İlkin lazimi tədbirləri gördük. Amma gördük ki, virus digər uşaqlara da yayıldı. Bu baxımdan onların arasından ağırlaşan uşaqları Nizami Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasına yerləşdirildi. Rotavirusdur. Ürəkbulanma, qusma, yüksək qızdırma ilə başlayır. Bəzi uşaqlarda burundan qanaxma, ishal halları da olub. Hazırda vəziyyətləri orta ağır qiymətləndirilir. Uşaqlar N.Nərimanov adına 1 nömrəli uşaq yoluxucu xəstəliklər xəstəxanasında müalicə alırlar. 14 uşaq sanatoriyadadır, 24 uşağın isə yoluxma təhlükəsi var”.
TƏBİB-dən bildirilib ki, Nizami Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasına hospitalizasiya olunan uşaqların vəziyyətləri stabildir:
“Mövsümi xarakter daşıyan yuxarı tənəffüs yollarının kəskin xəstəlikləri səbəbilə iki uşaq hospitalizasiya olunub. Martın 31-də yerləşdirilən 2019-cu il təvəllüdlü şəxsə (qadın cinsli) və aprelin 1-də yerləşdirilən 2021-ci il təvəllüdlü şəxsə (kişi cinsli) yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası diaqnozu təyin edilib. Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabildir”.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi