Xəbər verdiyimiz kimi, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sığınacağında səkkiz uşaq rotavirusa yoluxub. Onlardan ikisi xəstəxanaya yerləşdirilib, altısının isə müalicəsi sığınacaqda davam etdirilir. Daha 24 uşağın virusa yoluxma riski olduğu bildirilir.
Məsələ ilə bağlı “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə AvroMedia.az-a açıqlamasında bildirib ki, virus ürəkbulanma, qusma, yüksək temperaturla başlayır və bəzi uşaqlarda burun qanaxması, ishal kimi əlamətlərlə müşahidə olunur.
“Hazırda vəziyyətləri orta ağır dəyərləndirilir. İki uşaq xəstəxanaya yerləşdirilib, digər altı uşaq isə həkimlərin yazdığı müalicə əsasında sığınacaqda müalicə alır. Ümumi vəziyyətləri stabilləşməyə doğru gedir”, - o qeyd edib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi