Alimlər 100 il yaşamağa kömək edən şeyləri kəşf etdilər.
AvroMedia.az Medicina.az-a istinadən xəbər verir ki, beynəlxalq alimlər qrupu 100 yaşa çatmağımıza hansı sağlamlıq göstəricilərinin kömək edə biləcəyini aşkar edib.
Tədqiqatlar göstərir ki, yetkinlik dövründə aşağı səviyyədə qlükoza, kreatinin və sidik turşusu 100 yaşa qədər yaşamaq şansını əhəmiyyətli dərəcədə artırır.
Tədqiqat 35 il ərzində izlənilən 64-99 yaş arası 44.000 isveçli haqqında məlumatları əhatə edib. Bu saydan 1224 nəfər (təxminən 2,7%) 100 yaşa qədər yaşayıb. Maraqlıdır ki, 100 yaşı olanların əksəriyyəti (85%) qadın idi.
Alimlər iltihab, maddələr mübadiləsi, qaraciyər və böyrək funksiyası, həmçinin qidalanma vəziyyəti və anemiya ilə əlaqəli 12 biomarkerləri təhlil ediblər. Bunlara qlükoza, kreatinin, sidik turşusu, ümumi xolesterol və digər göstəricilər daxildir.
Məlum olub ki, 100 yaşa qədər yaşayan insanlarda 60 yaşından etibarən davamlı olaraq qlükoza, kreatinin və sidik turşusu aşağı səviyyədə olub.
Üstəlik, yüksək qlükoza (6,5 mmol/l-dən yuxarı) və kreatinin (125 μmol/l-dən yuxarı) səviyyəsi ilə yüzillik olma şansı azalıb.
Yüksək sidik turşusu olan insanlar isə 90 yaşa çatmadan vəfat edib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi