Qadın sonsuzluğunun diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır.
AvroMedia.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Xəzər Xəbər”ə verilən məlumata görə, adıçəkilən müraciət üzrə xanımların müayinəsi və testlərin aparılması tibb müəssisələrində tibbi sığorta hesabına həyata keçirilir.
Əgər sonsuzluğun səbəbi anatomik anomaliyalar, törəmələr və s. ilə əlaqəlidirsə, bu zaman cərrahi müdaxilələrlə uşaqlıq polipləri, miomalar və endometrioz kimi patologiyalar icbari tibbi sığorta hesabına aradan qaldırılır.
Agentlikdən qeyd edilib ki, kişilərdə də sonsuzluqla bağlı bəzi xidmətlər sığorta hesabına edilir.
Bu müayinə və müalicə metodlarından yararlanmaq üçün vətəndaşlar ilkin olaraq ailə həkiminə və ya ginekoloqa müraciət etməlidirlər.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi