Alimlər qurdların gözlənilməz faydasını açıqlayıblar. Qurdlar iltihablı bağırsaq xəstəliklərinin müalicəsində kömək edə bilər.
AvroMedia.az xəbər verir ki, beynəlxalq alimlər qrupu bağırsaq parazitlərinin ifraz etdiyi hissəciklərin bağırsaq xəstəliklərində iltihabı azalda biləcəyini aşkar edib.
Laboratoriya siçanları üzərində 4 illik araşdırma parazit qurd “Ascaris suum” tərəfindən istehsal olunan hüceyrədənkənar maddələrin kolitli siçanlarda iltihabı azaltdığını aşkar edib.
İltihabi bağırsaq xəstəliyi – kolit və ya kron davamlı iltihabla xarakterizə olunan xroniki mədə-bağırsaq xəstəlikləri qrupudur. Bunlara qarın ağrısı, ishal və digər xoşagəlməz simptomlara səbəb ola bilən yoğun bağırsağın selikli qişasının iltihabı aiddir.
Alimlər üçün növbəti addım bu prosesin bədənə təsir mexanizmlərini öyrənmək və onların sintetik analoqunu hazırlamaqdır. Gələcəkdə bu metodla təkcə bağırsaq xəstəliklərinin müalicəsində deyil, həmçinin artrit və 2-ci tip şəkərli diabet kimi digər iltihablı xəstəliklərin müalicəsində də istifadə oluna bilər.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi