Hepatit viruslu insanlarda qaraciyər sirrozu sürətli inkişaf edə bilər.
AvroMedia.az Medicina.az-a istinadən xəbər verir ki, narkoloq Vitali Koldin hepatit ola-ola spirtli içki içməyin təsirindən danışıb.
"Qaraciyərin içkidən ağır zədələnməsinin ən böyük riski hepatitli insanlarda olur. Bu xəstəlik xüsusilə təhlükəlidir, çünki illərlə simptosuz inkişaf edə bilər. Minlərlə insan hələ hepatit olduğunu bilmir.
İçkilərin tərkibində olan etanol qaraciyərə son dərəcə mənfi təsir göstərir. Əgər o, artıq A, B, C hepatitlərindən təsirlənibsə, o zaman xəstə orqan spirtin parçalanmasının öhdəsindən gələ bilmir.
İnsan keçmişdə hepatit keçirsə belə, spirtli içkilərdən tamamilə imtina etməlidir. Zəifləmiş qaraciyəri olan bir şəxs az və ya çox müntəzəm olaraq spirt içirsə, qaraciyərdə fibroz inkişaf edir, qaraciyər toxumasında çapıqların sirroza çevrilmə ehtimalı yüksəlir.
Hətta sağlam bir insan üçün də alkoqolun təhlükəsiz dozası yoxdur”, - Koldin qeyd edib.

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası