Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto jurnalistlərlə söhbətində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus ilə telefon danışığından bəhs edib.
AvroMedia.az xəbər verir ki, bu barədə “Moskovskiy komsomolets” qəzeti məlumat verib. Məlumata görə, Peter Siyarto bildirib ki, Qebreyesus ilə söhbət zamanı metapnevmovirusun yayılması ilə bağlı vəziyyəti müzakirə ediblər.
Siyartonun sözlərinə görə, hazırda ÜST bu xəstəliklə bağlı pandemiya təhlükəsi görmür.
“ÜST hesab edir ki, hazırda dünyada metapnevmovirus infeksiyası ilə bağlı pandemiya təhlükəsi yoxdur”, – deyə nazir qeyd edib.
O, həmçinin, ÜST rəhbərinə istinadən əlavə edib ki, hazırda insanların sağlamlığının qorunması sahəsində fövqəladə vəziyyət barədə də söhbət getmir.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi