Təbii alkaloid olan çili və ya nazik qırmızı acı bibər ağciyər xərçəngi zamanı metastazların yaranmasının qarşısını ala bilər.
AvroMedia.az xəbər verir ki, ABŞ Marşal Universitetinin əməkdaşları yeni elmi araşdırmalarını təqdim ediblər.
Onlar insan ağciyər adenosarkomasının üzərində eksperiment aparıblar.
Eksperimentlər göstərib ki, kapsaisin bədxassəli hüceyrələrin bədəndə yayılmasını effektiv şəkildə blok edir.
Eləcə də siçanlar üzərində aparılan təcrübədə heyvanlara qida əlavəsi kimi kapsaisin verilib. Onlarda ağciyərlərdə ocaqlar kifayət qədər kiçilib.
Əlavə tədqiqatlar da göstərib ki, kapsaisin SRc zülalının aktivliyini azaldır. Bu zülal hüceyrələrin bölünməsi və artması mexanizminə təsir edir.
Ağciyər xərçəngi aqressiv olur və baş beyin, qaraciyər, sümüklərə metastaz verir.
Bu maddə də acı qırmızı istiotda olur.
“Biz ümid edirik ki, gələcəkdə bu təbii birləşmə - kapsaisin kimyaterapiya üçün olan preparatlatla kombinasiyada istifadə ediləcək”, – deyə alim Ceymi Fridman bildirib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi