COVİD-19 infeksiyasının qismən davam etdiyini demək daha doğrudur. Son dövrlər statistik məlumatlar açıqlanmır. Çünki yoluxma sayı çox azdır.
AvroMedia.az xəbər verir ki, bunu Report-a Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov bildirib.
O qeyd edib ki, ikirəqəmli, hətta bəzən birrəqəmli yoluxma sayı müşahidə olunur:
“COVİD-19 virusunun mutasiyası nəticəsində ortaya çıxan omikron ştammı və onun alt növləri hesabına xəstəlik daha yüngül keçir. Buna görə də real statistikanı müəyyən edə bilmərik. Çünki COVİD-19-a yoluxma halını müəyyən etmək üçün mütləq laborator müayinə lazımdır.
Hazırda bu virus yüngül keçdiyinə görə əhali digər respirator infeksiyalara bənzər simptomlarla qarşılaşır. Yalnız ağır gedişat - xəstəxanaya yerləşmə halı baş verərsə, yoxlamalar nəticəsində diaqnoz bəlli olur. Demək olar ki, bu hallara indi çox az rast gəlinir. Ümumiyyətlə, qeyd etməliyəm ki, hansısa respirator virus infeksiyası digər eynitipli virusla paralel yayılırsa və onun yayılma səviyyəsi aşağıdırsa, mövsümi xəstəliklərə, eləcə də digər respirator infeksiyalara heç bir təsir göstərə bilməz”.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi