Yaşla birlikdə bədənin daha az kollagen istehsal etməyi qırışların çoxalmasına, oynaqların sərtləşməsi kimi müxtəlif problemlərə səbəb olur. Bunun üçün bir çoxları kollageni artıran dərmanlar qəbul edir, iynələr vurdururlar.
AvroMedia.az xəbər verir ki, mütəxəssislər kollagen əlavəsinin orqanizmdə harada istifadə ediləcəyinin müəyyən edilməsinin çətin olduğunu bildirib. Əzələlərin və sümüklərin daha çox kollagenə ehtiyacı varsa, əlavənin faydası dəridə görünmür. Mikro iynələmə, mezoterapiya, fraksiya lazer və radio tezliyi tətbiqləri ilə dəridə kollagenin sintezini və miqdarını artıra bilərsiniz.
Kollagenin dərinin gənc və sağlam görünməsini təmin edən əsas vasitədir. Kollagen bədəndə ən çox rast gəlinən və bol olan zülal növüdür, xüsusilə sümüklər, liflər və oynaqlar olmaqla, hərəkət sisteminin əsas hissəsini təşkil edir. Əzələlərin, sümüklərin, dərinin, vətərlərin, qan damarlarının və həzm sisteminin bir çox toxumasında olur. Yaşlandıqca bədən daha az kollagen istehsal edir. Bu, dəridə qırışlar və oynaqlarda sərtlik kimi bir çox problemə səbəb olur.
Kollageni artırmaq üçün bu qidaları rasionunuza daxil edin:
İlikli sümüyü qaynadıb suyunu için
Mal əti
Toyuq əti
Balıq
Yumurta ağı istifadə edin.
Moruq
Böyürtkən
Qaragilə
Zoğal
Çiyələk
Albalı
Alma
Pomidor, çuğundur və qırmızı bibər

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi