Dədə-babamız günə 5-10 yumurta yeyərdi, pəhləvan kimi idilər. Amma indi həkimlər yumurtanı az qala zərərli məhsul elan edir və bildirirlər ki, günə 1 ədəddən artıq olmaz.
AvroMedia.az xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyinin dietoloqu Viktor Tutelian 10 yumurtanın orqanizmə təsirindən danışıb:
“Nəinki 10, hətta 5 yumurtanı birdəfəyə yedikdə orqanizm güclü zülal və yağ yüklənməsi keçirir ki, bu da xolesistit, diareya və digər reaksiyalara səbəb ola bilər. Yumurtada çox miqdarda amin turşusu, vitamin və xolesterin var. Sutkalıq norma 2 ədəddir. Ürək-damar problemi olanlar yumurtanın ağını yesin.
- Yüksək keyfiyyətli zülal, protein, A, D, E vitamini, dəmir, sink mənbəyidir.
- Yumurtada olan xolin beyin və qaraciyər üçün vacibdir.
- Lütein gözü qoruyur.
- Yumurta toxluq yaradır, şəkəri artırmır, piylənmə yaratmır.
- Yumurtanın sarısı xolesterinlə zəngindir.
Damarları tıxanan və qaraciyərində çox xolesterin toplananlar üçün yumurta sarısını yemək olmaz”.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi