İnfarkt olmamaq üçün ispanaq yeyin
Tarix: 19-11-2024, 09:02
Baxılıb: 2 215
Google+ Paylaş
Tumblr Paylaş

İnfarkt olmamaq üçün ispanaq yeyin

19-11-2024, 09:02

İspanaq qış aylarının əvəzolunmaz tərəvəzlərindən biridir.
Digər yaşıl yarpaqlı tərəvəzlər kimi ispanaq da sağlamlığımıza, xüsusən də xəstəliklərdən qorunmağa mühüm töhfələr verir.
İspanağın tərkibində bol miqdarda C, E və B vitaminləri, maqnezium, dəmir və kalsium var. Buna görə də yüksək qida dəyərinə malikdir.
İspanaq tərkibindəki A vitamini sayəsində göz sağlamlığı üçün faydalıdır. Bu tərəvəz sağlamlıq üçün riskli olan laxtalanmanı yavaşladır. C vitamini ilə çox zəngin olan ispanaq ürək-damar xəstəlikləri riskini azaldır. Kalium və liflə zəngin olduğu üçün qan təzyiqini tənzimləyir, xolesterini aşağı salır, ürək əzələsinin nizamlı işləməsini təmin edir.
İspanaq digər yaşıl yarpaqlı tərəvəzlərdən daha çox protein ehtiva edir. Yüksək qan təzyiqini aşağı salmaqda faydalıdır. Tərkibindəki zəngin lif miqdarı ilə qəbizliyin qarşısını alır.
İspanağın digər əhəmiyyətli təsiri xərçəngə qarşı qoruyucu təsir göstərməsidir. Bundan başqa, Alzheimer xəstəliyinə qarşı qoruyucu təsiri olan ispanaq tərkibindəki beta karotin və fol turşusu sayəsində yaddaşı gücləndirir və Alzheimerin inkişaf ehtimalını azaldır.
Davamlı ispanaq istehlakı həm də əzələləri gücləndirir. Həmçinin qaraciyərin təmizlənməsinə kömək edir. İspanağın tərkibindəki maqnezium maddələr mübadiləsini sürətləndirir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ