Mütəxəssislər bu dəfə yumurta ilə bağlı yeni araşdırma aparıblar.
AvroMedia.az xəbər verir ki, araşdırma nəticəsində yumurtanın başqa bir faydası ortaya çıxarıb.
ABŞ-da 900 nəfərin sağlamlıq məlumatlarını araşdıran Kaliforniya San Dieqo Universitetinin (UCSD) tədqiqatçıları həftədə 2-4 yumurta istehlak edən insanların qanında xolesterinin səviyyəsinin aşağı olduğunu müəyyən ediblər. Nəticələr daha çox yumurta istehlak edən qadınların qısa və uzunmüddətli yaddaşlarında daha az azalma yaşadıqlarını ortaya qoyub.
Lakin kişilərdə eyni nəticə müşahidə olunmayıb. Tədqiqatçılar Donna Kritz-Silverstein və Ricki Bettenkourt yumurtanın tərkibindəki zülal, amin turşuları və xolesterinin beyin hüceyrələrinin quruluşunu və funksiyasını qoruya biləcəyini söyləyib. Yumurta aşağı yağ tərkibi və yüksək qida dəyəri ilə sağlam pəhrizin bir hissəsi hesab olunur.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb