Orta hesabla 120-130 il yaşayan və 60 yaşını “yolun yarısı” olaraq görən hunza türkləri xərçəngə yoluxmadan sağlam həyatları ilə diqqət çəkir.
AvroMedia.az musavat.com-a istinadən bildirir ki, elm adamlarının uzun müddətdir araşdırdıqları bu qeyri-adi icma, yaşa uyğun olmayan həyat tərzi ilə bütün dünyanın diqqətini çəkir.
Budur Hunza Türkləri..
Pakistanın şimalındakı Hunza vadisində yaşayan hunza türkləri 120-130 yaşa qədər sağlam yaşamaqla bütün dünyanın diqqətini çəkir.
60 yaşını “yolun yarısı ” kimi qəbul edən bu cəmiyyətdə hətta qoca yaşda da enerjili qalmaq demək olar ki, normadır. Alimlərin tədqiq etdiyi bu qeyri-adi icma onların uzun və xəstəliksiz ömür sürmələrinin sirrini təbii yaşayış şəraiti və qidalanma vərdişləri ilə əlaqələndirir.
Təbiətdən gələn sağlamlıq və uzunömürlülük
Hunza türkləri dağlıq coğrafiyanın təmin etdiyi təmiz hava və mineral su ehtiyatları sayəsində sağlam həyat sürürlər. Becərdikləri orqanik tərəvəzləri qurudaraq istehlak edən camaatın süfrələrində təbii heyvandarlıqdan əldə edilən süd məhsulları da yer alır. Onların sağlamlığının əsasını qatıq, pendir, südlü darı və madyan südündən hazırlanan qımız kimi ənənəvi qidalar təşkil edir.
Ətdən çox istifadə etsələr də, heyvanlarını tam təbii yemlə bəslədikləri üçün heç bir xroniki xəstəlik keçirmirlər. Bu əhali arasında xərçəng xəstəliyinin olmaması elm aləmində böyük maraq doğurur. Hunza xalqı ədviyyatlı ət yeməkləri ilə məşhur olsalar da, yalnız özlərinin yetişdirdiyi meyvə və tərəvəzləri istehlak edirlər.
Köçəri mədəniyyətinin izləri: Köhnə türk ənənələrini yaşadırlar
Hunza türkləri əcdadlarından miras qalmış köçəri mədəniyyətin bir çox ənənələrini davam etdirirlər. Yay və qış yerlərini seçərək fəsillərə görə köç edən bu camaat ənənəvi türk həyat tərzinə sadiq qalır. İlk türk toplumları kimi heyvandarlıq və əkinçiliklə məşğul olan hunzalar min illərdir dəyişməz bir həyat tərzini mənimsəmişlər.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb