Qaraciyərdə olan molekullar beyni demensiyadan qoruyur.
AvroMedia.az Medicina.az-a istinadən xəbər verir ki, alimlər qaraciyərdə olan xüsusi molekulların demensiya müalicəsində istifadə edilə biləcəyini sübut edib.
Yeni elmi işin müəllifləri bildirib ki, qaraciyərdə olan LXR reseptorları və qalxanvari vəzin TRS reseptorları birgə beynin sinir hüceyrələrini qorumaqda iştirak edir.
Onlar həm də qanda xolesterinin miqdarını tənzimləyir. Məhz LXR reseptorlarının funksiyasının itirilməsi yaşlı insanlarda beynin neyrodegenerasiyasına səbəb ola bilər. Əksinə LRX-lərin aktivləşdirilməsi amiloid zülal birləşmələrinin yaranmasının və Alsheymerin qarşısını ala bilər.
Bu reseptorlar Parkinson xəstəliyi üçün də vacibdir. Eləcə də BAS və dağınıq sklerozda qoruyucudur.
Ona görə neyrodegenerativ və beyin atrofiyasının qarşısını almaq üçün qaraciyər molekullarını öyrənmək və qorumaq lazımdır.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi