Cari ilin sentyabrında dünyada 2,7 mindən çox laborator təsdiqlənmiş “mpox” (meymunçiçəyi – Qeyd) hadisəsi aşkar edilib.
AvroMedia.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
“Sentyabrda 2 763 təsdiqlənmiş “mpox” hadisəsi qeydə alınıb. Bu, 2022-ci ilin noyabr ayından bəri ən yüksək haldır. Nəticələr bütün dünyada yoluxma sayının artmasının tendensiyasını göstərir”, – məlumatda vurğulanıb.
Avqust ayı ilə müqayisədə yoluxmaların sayı 8% artıb. Ən böyük artım Afrikada (35%) qeydə alınıb, burada sentyabrda 1756 yeni mpox hadisəsi aşkar edilib.
Eyni zamanda, Avropada yoluxma sentyabr ayında 26% (211 hadisəyə qədər), Amerikada isə 32% (427 hadisəyə qədər) azalıb. 2022-ci il yanvarın 1-dən bu il sentyabrın 30-dək 123 ölkədə 109 699 təsdiqlənmiş mpox hadisəsi, o cümlədən 236 ölüm halı müəyyən edilib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi