Əzgil çox faydalı meyvədir. Əzgilin tərkibi olduqca zəngindir. Bu meyvədə C,A, B1, B2, B3, B6, B9 vitaminləri, kalium, dəmir, maqnezium, yod, kalsium, fosfor, selen, sink, orqanik turşular, pektin və s. kimi faydalı maddələr var.
Fitonsidlərlə zəngin olan əzgil nəfəs yollarının iltihabları və bronxial astma zamanı çox faydalıdır. Qədimdə xalq təbibləri əzgil lətinin balla qarışığı ilə öskürək, bronxit, astma və digər xəstəlikləri müalicə edirdi.
Bu qarışıq həmçinin ürək və qaraciyər üçün də çox faydalıdır – qaraciyəri möhkəmləndirir, ürəyin fəaliyyətini yaxşılaşdırır, təzyiqi aşağı salır. Əzgilin lətini eyni miqdarda balla qarışdırın və gündə 2 dəfə 1 x.q. olmaqla qəbul edin.
Əzgilin yarpaqları da müalicəvi xüsusiyyətlərə malikdir. Yarpaqların dəmləməsi nəfəs yollarını çox yaxşı təmizləyir, bəlğəmi durulaşdırır, iltihabları azaldır. Dəmləməni hazırlamaq üçün 1 x.q. yarpaqları 1 stəkan suda 30 dəqiqə dəmləyin, süzün və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla qəbul edin.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi