Maqnezium enerjini artırmaq və əzələ funksiyalarını dəstəkləmək üçün vacib bir mineraldır. Lakin maqnezium çatışmazlığı nəticəsində kramp və yorğunluq kimi əlamətlər yarana bilər. İstehlak edilən qidalar vasitəsilə maqnezium çatışmazlığının qarşısını almaq mümkündür.
AvroMedia.az xəbər verir ki, qida sayəsində maqnezium əksikliyinizi doldura bilərsiniz. Maqnezium qlükozanın əzələlərə daşınmasında rol oynayan bir mineraldır. Enerji artırır və əzələ funksiyalarını dəstəkləyir.
Maqnezium çatışmazlığı nəticəsində əllərdə və ayaqlarda uyuşma, zəiflik, iştahsızlıq, ürəkbulanma və saç tökülməsi baş verə bilər.
28 qram ağırlığında olan balqabaq toxumu gün ərzində lazım olan maqnezium ehtiyacının təxminən 40%-ni təmin edir. Ondan çox yox, cəmi bir ovuc yeməlisiniz. Balqabaq toxumlarında dəmir, mis, fosfor, manqan və sink var.
Balqabaq toxumlarında olan maqnezium, sink və selenium; infeksiyanın yaranmasının qarşısını alır. Oynaq xəstəliklərinin qarşısının alınmasında da təsirlidir.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi