Bir sıra kateqoriyalar üzrə rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yekun tibbi müayinələrin aparılması prosesi davam etdirilir.
Bu barədə AvroMedia.az-a Nazirlikdən məlumat verilib.
Bildirilib ki, bu məqsədlə çağırışçılar Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nəzdində fəaliyyət göstərən, ən son müasir avadanlıqlarla təchiz edilmiş Tibbi Qiymətləndirmə Mərkəzində əyani müayinələrdən keçirilir.
Mərkəzdə ixtisaslaşmış peşəkar həkim-mütəxəssislər tərəfindən 4 kateqoriya üzrə rəy verilmiş çağırışçıların:
• sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası);
• sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası);
• dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası);
• həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası)
yekun tibbi müayinəsi aparılır.
Yekun tibbi müayinə nəticələri əsasında Tibbi Qiymətləndirmə Komissiyası aşağıdakı qərarlardan birini qəbul edir:
• yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir;
• yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir;
• yararsızlıq səbəbi heç bir kateqoriya üzrə təsdiqini tapmır.
Qeyd edilib ki, çağırışçının yekun tibbi müayinəsinin aparılması üçün Mərkəzi Hərbi-Həkim Komissiyasının çağırışçıya dair rəyi təsdiq edildikdən sonra Nazirliyin “Tibbi şəhadətləndirmə” altsisteminə göndəriş daxil edilir və göndəriş əsasında çağırışçı üçün əyani müayinəyə elektron növbə təyin edilir.
Növbəlilik əsasında çağırışçılar Agentliyin həkimləri tərəfindən əyani şəkildə tibbi müayinələrdən keçirilir. Yekun tibbi müayinələr aidiyyəti qurumlarla birgə iş şəraitində şəffaf, çevik və obyektiv şəkildə həyata keçirilir.
Müayinəyə dair qəbul edilmiş qərar elektron sistemə daxil edilir və qərar barədə çağırışçıya elektron qaydada məlumat verilir.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi