96 faizi sudan ibarət olan xiyarın inanılmaz faydaları
Tarix: 18-09-2024, 08:13
Baxılıb: 3 280
Google+ Paylaş
Tumblr Paylaş

96 faizi sudan ibarət olan xiyarın inanılmaz faydaları

18-09-2024, 08:13

96 faizi sudan ibarət olan xiyar orqanizmdə su balansını saxlamağa və həzmi yaxşılaşdırmağa kömək edir.
AvroMedia.az Baku.ws-yə istinadən xəbər verir ki, xiyarın kalorisi də azdır - 100 qrama cəmi 16 kalori, ona görə də tərəvəz çəkisinə diqqət edən insanlar üçün idealdır.
Bu tərəvəzdə həmçinin qan laxtalanması, görmə, sümük sağlamlığı və dəri üçün lazım olan K, C, A vitaminləri, maqnezium, kalium və fol turşusu var.
Eyni zamanda, xiyarların əks göstərişləri var, Xüsusilə, bəzi insanlarda allergik reaksiya riski var - qaşınma, səpgi, şişkinlik.
Həddindən artıq xiyar istehlakı həzm sistemi həssas insanlarda şişkinlik və köp əmələ gətirə bilər. Xiyarın tərkibində olan K vitamini qan durulaşdıran dərmanların təsirini azalda bilər.
Bildirilir ki, rasionunuza xiyarın normada daxil edilməsi sağlamlığa böyük fayda verə bilər. Ancaq bədənin fərdi xüsusiyyətlərini nəzərə almaq da vacibdir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ