Son günlər yayılan qrip xəstəliyi şiddətli öskürəyin yayılmasına səbəb olub.
AvroMedia.az xəbər verir ki, mütəxəssislər küncüdün öskürəyə müsbət təsir etdiyini açıqlayıb. O, immun hüceyrələrini artırır.
E, C və B qrupu vitaminləri ilə çox zəngin olan küncüt güclü zülal qaynağıdır. Onun tərkibində çoxlu lif, sağlam yağ, vitaminlər və minerallar var. Zülal və kalsiumla zəngin olan küncüt orqanizmdəki bütün mikrobları yox edir.
Bədən yaralarının sağalmasına kömək edən küncüd damarlarda tıxanmanın qarşısını alır. Bu qida vasitəsi soyuqdəyməyə qarşı böyük fayda verir. Müntəzəm olaraq istehlak edildikdə, bədəndəki iltihabı aradan qaldırmağa kömək edir. Gündə 1 qaşıq küncüt yağı qəbul etmək boğaz infeksiyasına qarşı faydalıdır və öskürəyi aradan qaldırır.
O, oleik turşusu ilə zəngin olduğu bilinir, beləliklə ürək sağlamlığını dəstəkləyir. Eyni zamanda xolesterol səviyyəsini azaldır və qan təzyiqini nəzarət altında saxlamağa kömək edir.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi