Gürcüstanda koronavirus infeksiyasına (COVID-19) yoluxma halları artıb.
AvroMedia.az xəbər verir ki, bu barədə ölkənin İmmunlaşdırma üzrə Milli Texniki Məsləhətçilər Qrupunun rəhbəri İvane Çxaidze məlumat verib.
O bildirib ki, yoluxma hallarının artması əsasən son üç həftə ərzində müşahidə olunur: “Laborator analizlərin nəticəsi onu deməyə əsas verir ki, Gürcüstanda yay mövsümü üçün xarakterik olmayan ən çox koronavirus hadisəsi qeydə alınıb. Eyni zamanda qeyri-adi haldır ki, ölkədə sonuncu qrip hadisəsi iyulun əvvəlində olub”
Qrup rəhbəri əlavə edib ki, hazırda ölkədə yayılan bütün viruslar əsasən yüngül formalıdır.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur