İstidə susuzluğunuzu spirtlə yatırsanız, ürəyinizə güc düşəcək.
AvroMedia.az xəbər verir ki, bu barədə Rusiyanın Milli Elmi Narkologiya Mərkəzinin direktoru professor Tatyana Klimenko xəbərdarlıq edib.
O bildirib ki, alkoqol və istiliyin birləşməsi kapilyarların genişlənməsinə, kapilyar şəbəkənin qanla dolmasına və nəticədə qan təzyiqinin azalmasına səbəb olur:
“Buna görə də, içki içdikdən sonra insan zəiflik, süstlük, yuxululuq hiss edir”.
Professor bununla bağlı ikinci riskin həm istiliyin, həm də spirtin bədəndə maye itkisini sürətləndirməsi ilə bağlı olduğunu deyib:
“Eyni zamanda, bədən təkcə suyu deyil, həm də duzları və mikroelementləri itirir ki, bu da ürək-damar sisteminə yükü artırır”.
Professor isti havalarda maye itkisinin qarşısını almaq üçün, az miqdarda (100 ml), ancaq tez-tez su içməyi məhləhət görüb. O, suyun otaq temperaturunda olmasını tövsiyə edib./Medicina

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi