Parlaq işığa məruz qalmaq depressiya əlamətlərini yüngülləşdirir.
AvroMedia.az xəbər verir ki, bunu Brigham Qadın Sağlamlığı Mərkəzinin alimləri açıqlayıblar.
Onların fikrincə, parlaq işıqlar depressiya əlamətlərini yaxşılaşdıra bilər.
Araşdırmanın nəticələri JAMA Network Open jurnalında dərc olunub.
Araşdırmada 6 600 nəfər iştirak edib. Alimlər iştirakçıların həyat tərzi vərdişlərini təhlil edərək, hər bir könüllünün parlaq işıq altında (gün işığına ekvivalent olan məruz qalma səviyyəsi) müntəzəm olaraq keçirdiyi vaxtın miqdarını müəyyən ediblər. Daha sonra tədqiqatçılar iştirakçıların gecə yuxusunun keyfiyyəti və müddəti haqqında məlumat toplayıblar. Subyektlərdən depressiya əlamətlərini aşkar etmək üçün xüsusi anketləri doldurmaları da istənilib.
Nəticələr göstərib ki, parlaq işıqda keçirilən vaxtın artırılması bu xəstəliyin əlamətlərini yaxşılaşdırır.
Elm adamları işığa məruz qalmağın sirkadiyalı ritmlərin təbii tənzimləyicisi rolunu oynadığını və yuxu nizamlılığının indeksini artırdığını irəli sürüblər. Bu göstərici insanın yuxu cədvəlinin (yatmaq və oyanma vaxtlarına ciddi riayət etmək) ardıcıllığını əks etdirir.
Tədqiqatçıların fikrincə, keyfiyyətli yuxu psixi sağlamlığı inkişaf etdirən əsas amillərdən biridir.
Parlaq işığa məruz qalmağın iştirakçılarda D vitamini səviyyəsinin artması ilə əlaqəli olduğu da aşkar edilib. Bununla belə, D vitamininin müxtəlif konsentrasiyaları özlüyündə depressiyanın yaxşılaşması və ya pisləşməsininin göstəcisi hesab edilməyib.
Qeyd edək ki, elm adamları daha əvvəl diabetin təşviş pozuntusu və depressiya riskini artırdığını açıqlamışdılar.medicina.az

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi