Yayda müşahidə olunan öskürək bəzən qış öskürəyindən daha inadkar ola bilər.
Davamlı yay öskürəyinə çarə axtaranlar şam qozasının şərbətini sınaqdan keçirə bilərlər.
AvroMedia.az xəbər verir ki, pandemiya dövründə məşhurlaşan şam ağacı siropu immuniteti qoruyur. Bu sirop quru öskürəyi ən tez dayandıran təbii vasitələrdən biri hesab edilir.
Həm uşaqlarda, həm də böyüklərdə öskürəyə qarşı gündə 1 qaşıq şam ağacı siropu içmək lazımdır.
Siropun digər faydaları:
* Bağırsaqları yumşaldaraq qəbizliyin qarşısını alır.
* Davamlı öskürəyi dərhal dayandırır.
* Bronxial keçidləri təmizləyir.
* Bəlğəmgətiricidir.
* Bədənin müqavimətini artırır.
* Soyuqdəymə və qrip kimi mövsümi xəstəliklərə qarşı əla fayda verir.
* Ağız içərisində və dodaq ətrafında tez-tez yaranan yaraların sağalmasına kömək edir.
* Mikrobları sidiklə bədəndən çıxarır.
*Ağciyər və KOAH xərçənginin qarşısını alır.
* Zədələnmiş ağciyərləri bərpa edir.
* Güclü antibakterial və antioksidantdır.
* Toxluq hissini artırır.
* Tərkibində təbii şəkər olduğu üçün qanda insulin səviyyəsini tarazlaşdırır.
* Sümükləri gücləndirir.
Bu sirop həddindən artıq istehlak edildikdə ürək bulanmasına səbəb ola bilər. Astma və bronxiti olan uşaqlara verməzdən əvvəl mütəxəssislə məsləhətləşmək lazımdır.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi