Bu yaşdan sonra prostatdan yoxlanmaq lazımdır
Tarix: 7-05-2024, 08:32
Baxılıb: 2 183
Google+ Paylaş
Tumblr Paylaş

Bu yaşdan sonra prostatdan yoxlanmaq lazımdır

7-05-2024, 08:32

5 il öncəyə qədər 50 yaşdan yuxarı kişilər prostat xərçənginə qarşı yoxlanmalı idisə, artıq bu tələb dəyişib.
AvroMedia.az Medicina.az-a istinadən xəbər verir ki, uroloq Aleksandra Vinnikova prostat xərçənginin müasir kişilərdə ən çox rast gəlinən onkoloji xəstəlik olduğunu deyib:
“90% ölkələrin Səhiyyə Nazirliyinin klinik tövsiyələrinə görə, 50 yaşdan sonra kişilər hər il uroloq müayinəsindən keçməlidir. Amma əgər atada, babada prostat vəzi xərçəngi olubsa, 40-45 yaşdan profilaktik müayinələr təyin olunur.
Prostat xərçəngi iltihabdan qaynaqlanır, bunun isə ən dəqiq göstəricisi xüsusi antigen, PSA analizidir ki, qanla yoxlanır. Normada PSA qanda 2,5-5 mq-ml olmaldır.
Digər müayinələr USM, sidik analizi, rektal müayinə, lazım gələrsə KT-dir.
Əgər kişidə sidiyə getmədə çətinlik, yanma hissi, gecələr tualetə getmə varsa, ağrı, arıqlama olursa, mütləq onkoloqa müraciət edilməlidir.
Prostat xərçəngi risk qrupu: metobolik sindrom, piylənməsi olanlar, diabet xəstələri, xolesterin, vəzin hiperplaziyası, testosteron pozulması, irsi genetik meyil".
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ