“İşə qəbul olunanlar üçün”, eləcə də “Sürücülüyə yararlı olmaq barədə” tibb arayışlar elektronlaşdırılıb. May ayının 1-dən etibarən hər iki tibbi arayışı elektron formada tibb müəssisələrindən rahat və operativ şəkildə əldə etmək mümkün olacaq.
Bəs, sağlamlıq arayışının icbari sığortanın xidmətlər zərfinə daxil edilməsi gözlənilir?
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AvroMedia.az-a bildirilib ki, 13 may 2022-ci il tarixli Fərmanla TƏBİB tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan və ödəniş tələb olunan tibb xidmətlərini və tarifləri TƏBİB müəyyənləşdirir.
“18 yaşdan yuxarı vətəndaşların sağlamlıq haqqında arayışı ödənişlidir. Bu barədə yenilik olduqda ictimaiyyətə məlumat veriləcək” – deyə əlavə edilib.
Qeyd edək ki, sağlamlıq haqqında tibbi arayışın tarifi 40 manat təşkil edir.

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq
Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb