Stenford Tibb Universitetinin alimləri aşkar ediblər ki, intensiv fiziki fəaliyyətdən sonra insan orqanizmi xüsusi “toxluq molekulları” əmələ gətirir. Bənzər bir maddə “Metformin” adlı məşhur diabet dərmanının qəbulu nəticəsində sintez olunur.
Qan şəkərinə nəzarət etmək üçün metmorfin qəbul edən şəkərli diabet xəstələrinin qan nümunələrini öyrənən elm adamları dərmanın “lak-phe” adlı molekulun istehsalını stimullaşdırdığını aşkar ediblər. “Lak-phe” bəzən maddələr mübadiləsini normallaşdıra və iştahanı idarə edə bildiyinə görə “toxluq molekulu” adlanır.
Sonrakı araşdırmalar göstərib ki, bədəndə “lak-phe” sayını artırmaq yalnız dərman vasitəsilə deyil, həm də fiziki məşqlərlə mümkündür. Alimlər aydınlaşdırıblar ki, intensiv məşqdən sonra “toxluq molekullarının” istehsalı sürətlənir.
Fakt budur ki, kompleks məşq bədəndə qlükozanın parçalanmasını stimullaşdıra bilər (bununla qan şəkərinin səviyyəsini aşağı salır) və toxumalarda laktat (lakton turşu) əmələ gəlməsini artıra bilər. Laktat - əzələlər əhəmiyyətli dərəcədə yorğun olduqda istehsal olunan hüceyrə mübadiləsinin məhsuludur. Elm adamları “lak-phe”ni laktat və fenilalanin adlı bir zülal turşusunun qarışığı kimi xarakterizə ediblər.
Mənbə: Gazeta.ru

Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası