Oruc tutmağın faydaları nələrdir?
Tarix: 13-03-2024, 08:18
Baxılıb: 2 955
Google+ Paylaş
Tumblr Paylaş

Oruc tutmağın faydaları nələrdir?

13-03-2024, 08:18

Oruc tutduqda daxili sisteminizə verilən fasilə bədənin infeksiyalara qarşı mübarizəyə fokuslanmasına kömək edir və bunun nəticəsində də sərbəst radikalların miqdarı azalır.

Orucun orqanizm üçün bir çox faydaları var:
1. İmmun sistemini gücləndirir
Heyvanlar üzərində aparılan araşdırmada məlum olub ki, heyvanlar xəstələnəndə instinkt onlara diqqətini istirahətə yönəltməyi və yeməyi dayandırmağı əmr edir. Bəli, bu insanlar üçün də keçərlidir. Çünki oruc tutduqda daxili sisteminizə verilən fasilə bədənin infeksiyalara qarşı mübarizəyə fokuslanmasına kömək edir və bunun nəticəsində də sərbəst radikalların miqdarı azalır.
2. Kilo vermək üçün unikal bir həlldir
Oruc tutmaq arıqlamaq üçün əla bir yoldur, ancaq düzgün həyata keçirildiyi təqdirdə. Düzgün etməsəniz, əlbəttə ki, kilo vermək əvəzinə kökələ bilərsiz. Orucluq zamanı gün ərzində şəkərli qidalardan çəkindikdə, bədən yığılmış yağları enerji mənbəyi kimi istifadə edir. Lazımsız yağlar gündəlik enerji tələbatına çevrilir.
3. Xolesterinin səviyyəsini aşağı salır
Bədənin kilo itkisini idarə etmək qabiliyyəti xolesterol səviyyəsinin azalmasına təsir edir. Ümumiyyətlə bədəndə iki növ xolesterol var; pis xolesterol (LDL) və yaxşı xolesterol (HDL). Bəzi araşdırmalar orucluğun pis xolesterol səviyyəsini əhəmiyyətli dərəcədə aşağı saldığını, ancaq yaxşı xolestrol adlanan HDL-ə müsbət təsir göstərdiyini təsdiqləyir.
4. Oruc tutmaq həzm sistemini gücləndirir
Çinlilər həmişə vurğulayırlar ki, insan bədəninin mərkəzi onun mədəsidir. Mədə bədənin enerji mənbəyidir və buna görə də orqanizmdə ən ağır və ən çətin işi görür. Oruc zamanı bu orqana verilən az müddətli istirahət onun iş prosesini yaxşılaşdırmasına, hətta özünü təmizləməsinə və yenidən fəaliyyətini bərpa etməsinə imkan verir.
5. Artan böyümə hormonu orucun faydalarından biridir
Oruc idmançılar üçün çox faydalıdır, çünki orqanizmin özünü təmizləmə müddətini qısaldır və əzələlərin daha sürətli bərpasına kömək edir.
6. Beyin fəaliyyətini yaxşılaşdırır
Oruc zamanı beyin normal halda istifadə etdiyi enerji mənbəyi olan qlükoza yerinə yağları parçalayaraq enerji ketonlardan istifadə edir. Oruc zamanı beyində ifraz olunan müəyyən tip zülallar beyin kök hüceyrələrinin optimal işləməsini stimullaşdırır. Buna görə oruc tutan insan daha ayıq olur.
7. Pis vərdişlərdən qurtulmağa kömək edir
Ramazan ayı pis vərdişləri tərgitmək üçün mükəmməl vaxtdır, çünki biz gün boyu oruc olduğumuz üçün siqaret çəkmək kimi qeyri-sağlam adətləri tərgitməli oluruq.
8. Dəri sağlamlığına müsbət təsiri var
Oruc zamanı orqanizm toksinlərdən təmizlənmək və eyni zamanda hüceyrələrin degenerasiya prosesini ləngitməklə yanaşı, hüceyrələrin bərpası prosesini də yaxşılaşdırmaq imkanı əldə edir.
9. Qan şəkərini aşağı salır
Oruc tutmaq qlükozanın parçalanmasını artırır ki, orqanizm enerji ala bilsin, buna görə də insulin istehsalını azaldır və mədəaltı vəzi istirahət edir. Qlükozanın parçalanmasını asanlaşdırmaq üçün isə qlikogen istehsal olunur. Oruc tutmaq nəticəsində qanda şəkərin miqdarı azalır ki, bu da xüsusilə diabet xəstələri üçün faydalıdır
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ