Aritmiya ürəyin normal ritminin pozulmasıdır. Bu istənilən sağlam insanda da yarana bilər.
Kardioloq Aleksandra Staroverova aritmiyanın adi yorğunluq verə bildiyini açıqlayıb.
“Aritmiya ürək ritminin müntəzəmlik və tezliyinin pozulmasıdır. Bu pozulma ilə hətta ən möhkəm və sağlam insanlar da rastlaşa bilər. Aritmiyanın yaranma səbəbi heç də həmişə patoloji olmur. Amma o təkrarlanırsa, mütləq müayinə olunub, riskli durumları müəyyən etmək lazımdır.
Aritmiyanın simptomları – başgicəllənmə, zəiflik, sinədə sıxılma, döyüntü, döş qəfəsində sanki vurğu, huşun dumanlanması və itməsi ola bilər.
Aritmiya ürək patologiyası ilə əlaqəli olduqda təhlükəlidir. Bunlara işemiya, miokardit, mədəciklərin fibrilyasiyası aiddir. Eyni zamanda zob, depressiya və stresdə aritmiya olur”, - kardioloq qeyd edib.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur