Əgər bu əlamətlər varsa tezliklə həkimə gedin
Tarix: 17-11-2023, 08:00
Baxılıb: 1 809
Google+ Paylaş
Tumblr Paylaş

Əgər bu əlamətlər varsa tezliklə həkimə gedin

17-11-2023, 08:00

Lal xəstəliklərdən biri də böyrək patologiyalarıdır. Yəqin çoxunuz şahidi olmusunuz ki, insan heç bir şikayəti olmadan qəfildən böyrəkləri iflas edib və dializə qoşulub. Böyrəklər də qaraciyər kimi dözümlü orqandır.

Professor Oksana Dralkina ölümcül böyrək çatışmazlığından qorunmaq üçün bunlara diqqət yetirməyi tövsiyə edib.

“Hər 10 nəfərdən birində böyrək xəstəliyi aşkarlanır. Böyrək çatışmazlığının müalicəsi xərçəng xəstəliyinin müalicəsindən 2 dəfə bahadır. Böyrəklərin işində artıq pozulma olduğunu göstərən əsas əlamətlər:

- Daim yorğunluq, baş hərlənmə, təngnəfəslik, əzginlik, yaddaş zəifləməsi. Böyrəklər bu zaman eritropoetin hormonunu az ifraz edir.

- Dəridə iynəbatırma, qaşınma hissi, ağızdan qoxu, ürəkbulanma, qusma, iştahsızlıq.

Artıq böyrəklər sidik turşusu, kreatinin və fosfatları yaxşı süzmür.

- Ürək ritminin pozulması, əzələ ağrıları.

- Üz, əl, ayaqda şişkinlik.

- Köpüklü sidik. Bu zülalın aktiv çxarılmasıdır.

- Təzyiqin artması, yuxu pozulması, immunitet zəifliyi, sümüklərin zəifləməsi arıqlama.

Bu hallar varsa, terapevt və uroloqa gedin, USM, sidik, qan, hormon analizləri verin. Əksər hallarda bu xəstələrdə diabet başlamış olur”, - Dralkina qeyd edib.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ