Azərbaycanda halal dərmanlar satışa çıxarılacaq
Tarix: 2-11-2023, 10:29
Baxılıb: 1 667
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda halal dərmanlar satışa çıxarılacaq

2-11-2023, 10:29

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS OIC/SMIIC 50-1:2023 “Halal dərman vasitələri – 1-ci hissə – ümumi tələblər” dövlət standartını qəbul edib.

Bu barədə AZSTAND məlumat yayıb.

Məlumata görə, bu standart İslam Qaydaları əsasında halal dərman vasitələrinin istehsalı və daşınması zamanı əsas tələbləri müəyyənləşdirir və bu sahədə ixtisaslaşan təşkilatların istifadəsi nəzərdə tutulur. Standart, halal dərman məhsulları üzrə halal statusunun qorunub saxlanılmasını təmin edəcək və istehlakçıların bu növ məhsullara olan etimadının yüksəlməsinə töhfə verəcək.

Dövlət standartı hazırlanarkən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ilə rəsmi qaydada razılaşdırılıb.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ