Əncir niyə uzunömürlülük meyvəsi sayılır?
Tarix: 13-10-2023, 08:00
Baxılıb: 1 064
Google+ Paylaş
Tumblr Paylaş

Əncir niyə uzunömürlülük meyvəsi sayılır?

13-10-2023, 08:00

Əncir Bakının simvoludur. Əncir və qurusu əksər xalq təbabəti reseptində var.

Əncir barədə dini kitablarda da yazılıb.

Müasir elm də sübut edib ki, əncir A, B, C vitaminləri və kalsium, kaliy, maqniy, marqans, sinklə zəngindir.

Təzə və quru əncir güclü antioksidantdır, hüceyrələri sərbəst radikalların təsirindən qoruyur.

Əncirin faydası:

- Həzm sistemi

Qəbizliyin qədimdən çarəsi hesab edilir. Çünki əncirdə çox lif və prebiotiklər var. Əncir yemək bağırsaqda iltihabı azaldır. Hamilələrə, yaşlı insanlara xüsusilə vacibdir.

- Təzyiq problemi

Xroniki təzyiq xəstəliyinin bir səbəbi də bədəndə natriumun çox, kaliumun az olmasıdır. Əncir bu disbalansı düzəldir, təzyiqi normallaşdırır.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ