Nanə dəmləməs stress və gərginlik, eləcə də həzm problemləri ilə mübarizə aparmaq üçün ən yaxşı çaydır.
Həkim Mariyat Muxina nanə çayının tibbi faydalarını açıqlayıb.
“Stressli, gərgin orqanizm təzyiqi dəyişir, ürək ritmini qaldırır, damarlarda spazm və qan qatılığı yaradır. Ən yaxşı antistress çayı nanədir. Onun tərkibində çox miqdarda mentol var ki, o sedativ təsir edir.
Nanə damarları genişləndirir, spazmı götürür, qanın axmasını asanlaşdırır. Nanədə A, C, B vitaminləri var. Nanə neyronlar üçün çox faydalıdır.
Eləcə də mədəni sakitləşdirir, ödü qovur, köpü götürür.
Stress zamanı öd kisəsi də spazmlı olur, öd durğunlaşır, nəticədə orqanizm qıcıqlanır.
Psixoemosional durumu yaxşı olmayan insanlar maqniy, fol turşusu, Omeqa 3 qəbulunu artırıb, adi çay əvəzinə nanə çayına keçsinlər”.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb