Keçi südünün müalicəvi xüsusiyyəti - Yaşlı adamlar üçün qurtuluş yolu
Tarix: 2-09-2023, 13:00
Baxılıb: 1 526
Google+ Paylaş
Tumblr Paylaş

Keçi südünün müalicəvi xüsusiyyəti - Yaşlı adamlar üçün qurtuluş yolu

2-09-2023, 13:00

Keçi südü nəinki dadlıdır, həm də dərmandır. Hələ Hippokrat keçi südünün müalicəvi xüsusiyyətlərini yüksək qiymətləndirərək vərəmin müalicəsində ən yaxşı vasitə hesab etmişdir. İbn Sina keçi südündən "qocalıq dövründə" baş verən nasazlıqların aradan qaldırılmasında istifadə etməyi məsləhət görmüşdür.

Keçi südü nəinki müalicəvi xüsusiyyətlərinə, həm də keyfiyyətinə görə inək və digər mal-qaranın südündən fərqlidir. Keçi südünün tərkibi zəngin vitamin kompleksi, mineral maddələr, zülal maddələrlə zəngin olub, qəbul olunan zaman heç bir selik əmələ gətirmir və çox asan həzm olunur.

Keçi südünün tərkibində doymuş yağ turşularından — linol və linolen var ki, bu da orqanizmin müqavimətini artırır, infeksion xəstəliklərə qarşı davamlı olub, maddələr mübadiəlsi zamanı xolesterini nizamlayır. Keçi südünün tərkibi çoxlu miqdarda kalsium və manqan, həmçinin mikroelementlərdən — dəmir, mis və s. ilə də zəngindir.

Bunun tərkibində olan A vitamini inək südünün tərkibində saxlanılan A vitaminindən 3 dəfə çoxdur. Keçi südünün tərkibində çoxlu kalium elementi vardır ki, bu da ürək-damar sisteminin fəaliyyətini artınr və onun normal işləməsinə şərait yaradır. Bundan başqa onun tərkibində kobalt maddəsi tapılmışdır ki, bu da BI2 vitamininin əsas tərkib hissəsini təşkl edir. Bu vitamin qan dövranının gedişinə cavab verən vitamin hesab edilir və maddələr mübadiləsini nizamlayır.

Tərkibindəki süd şəkərinin (laktozanın) azlığına görə keçi südünü içən zaman başqa heyvan südlərindən fərqli olaraq bağırsaqlarda heç bir köpmə əmələ gətirmir. Amerika alimlərinin apadıqlari təcrübələr zamanı müəyyən olmuşdur ki, keçi südü inək südünə nisbətən orqanizmin bütün fizioloji tələblərinə müsbət reaksiya verən yeganə süd hesab edilmişdir. İnsanların əksəriyyəti 389 deyirlər ki, onlar inək südü qəbul etdikdə allergiya hadisəsi baş verdiyi halda keçi südü qəbul edən zaman bu xoşagəlməz hadisələr baş vermir.

Kanada alimlərinin apardıqları elmi-tədqiqat işləri zamanı müəyyən edilmişdir ki, keçi südünün tərkibində çoxlu miqdarda yağ turşuları olduğundan ondan bir çox xəstəlikləri, o cümlədən öd kisəsi daşlan, həzmi pozuntuları, fibromlar və uşaq epilepsiyalarmın müalicəsində istifadə oluna bilər.

Qeyd! Təzə sağılmış keçi südü bakteriosid xüsusiyyətlərə malik olur. Bunun tərkibində zəngin bioloji aktiv maddələr inək südünün tərkibində yoxdur. Buna görə də keçi südü başqa südlərə nisbətən xarab olmadan uzun müddət qalır. Adi otaq temperaturunda 3 gün qaldıqda turşumur. Soyuducuda isə 7 gün öz keyfiyyətini saxalyır. Lakin hər saat südün tərkibindəki faydalı maddələr azalmağa başlayır. Yadda saxlamaq lazımdır ki, keçi sağlamdırsa, ondan sağılan südü bişirmədən təzə halda içmək olar. Bazara gətirilib satılan keçi südünü isə hökmən qaynatdıqdan sonra içmək olar.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ