Mədənin süpürgəsi – İSPANAĞIN FAYDASI
Tarix: 26-08-2023, 15:00
Baxılıb: 1 509
Google+ Paylaş
Tumblr Paylaş

Mədənin süpürgəsi – İSPANAĞIN FAYDASI

26-08-2023, 15:00

Praktiki olaraq bütün dünya xalqlarının mətbəxlərində ispanaqdan hazırlanan xörək növlərinin reseptlərinə rast gəlmək olar. İspanağı italyanlar çox xoşladıqlarına görə bitkidən 100-dən artıq xörək hazırlamaq üsulları işləyib həyata keçirmişlər. İtanlyanlardan fərqli olaraq spanaqdan hazırlanan xörəkləri çox sevən Yaponiya, Fransa xalqlarıdır. Fransızlar ispanağı «tərəvəzlərin şahı» adlandırırlar. Ruslar ispanağı «Allah tərəvəzi» adlandırmışlar.

İspanaq tərkibində çoxlu miqdarda mineral maddələr və vitamin qrupu saxlamaqla başqa tərəvəz növlərindən fərqlənir. Bitkinin tərkibindən çoxlu kalium, kalsium, maqnezium, dəmir və vitamin E, xüsusən də C və karotin vitaminləri aşkar edilmişdir. İspanaq mədə-bağrsaq sistemində uzun müddət yığıhb qalmış şlaklan orqanizmdən məharətlə çıxarır. Buna görə də fransızlar ispanağı «mədənin süpürgəsi» adlandırırlar.

İspanaq diş və diş ətinin normal fəaliyyətinə müsbət təsir edir. Dişi uzun müddət çürüməkdən qoruyur. Həkimlər qeyd edirlər ki, ispanaq xərçəngin və qan azlığının baş verməsinin qarşısın almaq qabiliyyətinə malik tərəvəzlərdən birincisi hesab edilir. İspanaq bütün insanların uzun müddət sağlam və gümrah yaşamlarına böyük köməklik göstərir.

Xalq təbabətində ispanaqdan qəbizlik, toplanmış qazlann orqanizmdən kənar edilməsində, qanazlığında, müxtəlif növ əsəb gərginliklərində, laringit, larinqofaringit, bronxit, ağ ciyərsoyuqdəymələrində, müalicə-profilaktik vasitə kimi istifadə edilir. Bunun üçün ispanağm yarpaqlarından hazırlanan sulu dəmləmədən qəbul etməyi məsləhət görürlər. Qış dövründə orqanizmdə baş verən vitamin çatışmazlığını aradan qaldırmaq üçün yazda ispanaqdan geniş istifadə etmək məsləhət görülür. Bunun parlaq olmayan yarpaqlarının tərkibindəki zülalın miqdarı 1,5 dəfə süddəkindən artıqdır. Tərkibindəki vitaminlər, makro və mikroelementlər yüksək temperaturda heç bir parçalanma proseslərinə məruz qalmayıb olduqları kimi qahrlar.

Qeyd: Yuyulmuş ispanaq tez xarab olur. Bunun üçün spanağı bişirən zaman yuyub qazana tökməyi məsləhət görürlər. Spanağın təbii rəngini özündə saxlamaq üçün onu çoxlu suda yumaq məsləhətdir. Nə vaxt ki, sizin əkdiyiniz sahədə spanaq əmələ gəlməyə başladı, deməli qış üçün ehtiyatınız var. Ona görə ki, spanaq kəskin keçən şaxtalarda belə tərkibindəki maddələri itirmədən olduğu kimi saxlayır. Bu da ona dəlalət edir ki, spanaqdan bütün il boyu istifadə etmək xeyirlidir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ