Palıdın möcüzəvi müalicəsi – dişiniz ağrıyırsa...
Tarix: 1-08-2023, 18:00
Baxılıb: 1 530
Google+ Paylaş
Tumblr Paylaş

Palıdın möcüzəvi müalicəsi – dişiniz ağrıyırsa...

1-08-2023, 18:00

Qədim dövrlərdən palıd gücün və uzunömürlülüyün simvolu sayılır. Onun uzunömürlüyünün əsas səbəbi köklərinin yerin dərinliklərinə qədər getməsi və orada torpaqdan qidalanması sayılır. Məhz bu xüsusiyyət palıdın bu qədər uzun müddət yaşamasına imkan verir. Bu səbəbdən palıd yarpağındna istifadənin bədənin müqavimətinin artırılmasında əvəzsiz rolu xüsusi qeyd olunur. Təsadüfi deyil ki, palıd yarpağı əsasən dişlərin sağlamlığının və uzunömürlülüyünün təminatçısı sayılır. Ənənəvi olaraq insanlar dəri, selikli qişalar, ağız boşluğu və qırtlaq xəstəliklərini müalicə etmək üçün palıd qabığından istifadə edirlər.

Palıd qabığı gingivit, stomatit, periodontit kimi ağız xəstəliklərində istifadə olunur. Palıd qabığının tərkibi öz xüsusiyyətləri ilə diqqəti çəkir. Tərkibində 29% -ə qədər olan tannin adlanan maddə bütün müalicəvi təsirləri təmin edir:

Toxuma iltihabını aradan qaldırır
Antibakterial təsir göstərir (zərərli bakteriyaların inkişafına mane olur)
Qoruyucu təbəqə yaradır və toxumaları Qıcıqlanmadan qoruyur, bununla da onların bərpasını stimullaşdırır

Bundan əlavə, palıd qabığının tərkibini təşkil edən maddələr diş əti xəstəliyinin kəskinləşməsi zamanı vacib olan toxumaları gücləndirməyə və sıxmağa kömək edir. Şişkinliyi və qızartı azaltmağa kömək edən antiinflamatuar fəaliyyətə malikdir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ