Bir ovuc qarpız tumu yesəniz nə baş verər?
Tarix: 6-07-2023, 08:27
Baxılıb: 1 094
Google+ Paylaş
Tumblr Paylaş

Bir ovuc qarpız tumu yesəniz nə baş verər?

6-07-2023, 08:27

Qarpız tumlarının faydalarını bilsəniz, onun lətindən çox, tumlarını daha çox yeyərsiz.

Diyetoloq Senı Qençin sözlərinə görə, hər gün bir ovuc qarpız toxumunu yemək, orqanizmdə bu möcüzələrə səbəb olur:

1. Dəriniz gəncləşəcək

Qarpız toxumları dəri üçün faydalı maqneziumla zəngindir. Toxumlarda isə qocalma prosesini ləngidə bilən sink var.

2. Saçlar daha yaxşı uzanacaq

Qarpız toxumlarında dəmir, mis, sink və maqneziumun sayəsində saçların tökülməsi dayanır, uzanır.

3. Ürəyiniz daha sağlam olacaq

Qarpız toxumu antioksidantlarla doludur və bunun sayəsində ürək-damar sistemini gücləndirir.

4. Əsəblərinizi sakitləşdirəcək

Maqneziumdan əlavə, qarpız toxumlarında sinirləri gücləndirməyə, psixi sağlamlığı dəstəkləməyə və demans riskini azaltmağa kömək edən B qrup vitaminləri də var.

5. Reproduktiv sağlamlığınızı yaxşılaşdıracaqsınız

Qarpız toxumu kişilər üçün xüsusilə faydalıdır. Onlar sperma keyfiyyətini yaxşılaşdıran sinklə zəngindir. Beləliklə, əgər uşaq sahibi olmağı planlaşdırırsınızsa, ərinizə bu məhsulu çeynəməyi təklif edin.

6. Maddələr mübadiləsini sürətləndirəcəksiniz

Faydalı maddələrin zənginliyi toxumların bədəninizdə maddələr mübadiləsinin tənzimlənməsində və sürətləndirilməsində iştirakına kömək edir

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ