Vitaminlə zəngin olan tutun faydaları
Tarix: 22-06-2023, 09:03
Baxılıb: 1 549
Google+ Paylaş
Tumblr Paylaş

Vitaminlə zəngin olan tutun faydaları

22-06-2023, 09:03

Şərqdə tutu şah giləmeyvəsi, ömür uzadan vasitə hesab edirdilər. Qədimdə tutun həm meyvəsindən, həm yarpaqlarından, həm də ağacının qabığından müxtəlif xəstəliklərin müalicəsində istifadə ediblər. Tərkibi vitaminlə zəngin olan tutun mövsümü may və iyun aylarıdır.

Qida mütəxəssisi Məhsəti Hüseynova tutu günün birinci yarısında yeməyin daha faydalı olduğunu məsləhət görür: “Gün ərzində 150-200 qramı keçməmək şərtilə qəbul etmək daha faydalıdır, çünki həddindən artıq lifli qida olduğu üçün çox qəbul ediləndə bağırsaq hərəkətliliyini sürətləndirdiyi üçün ishala səbəb ola və bəzən də ishal olanda orqanizmdə maye itirilməsi ilə nəticələnə bilər, eyni zamanda da bağırsağın mikroflorası zədələnər”.

Tut orqanizmi zərərli maddələrdən təmizləyir, həmçinin qan azlığı probleminə qarşı təbii vasitədir. Tutu saxlayarkən keyfiyyətini itirməməsi üçün bəzi məqamlara əməl etmək lazımdır: “Yumşaq lətli olduğu üçün daha tez kiflənməyə məruz qalır. Temperatur yuxarı olanda daha tez xarab olmağa meyllidir. Ona görə soyuducuda saxlayarkən mütləq şüşə və ya emal olunmuş qablarda, ağzı bağlı şəkildə və digər məhsullardan ayrı saxlanılmalıdır. Onun soyuducuda uzun müddət saxlanılması tövsiyə olunmur. Qış üçün dondurulacaqsa, bu zaman təmiz, tam yetişməmiş və bir-birinin üzərinə əzilməyərək yığılmalıdır”.

Bəziləri hesab edir ki, tutu yumadan yemək daha faydalıdır, amma mütləq şüşə qabda və yaxud emallı qabda saxlamaq lazımdır. Onu da nəzərə almaq lazımdır ki, tut allergik reaksiyalara səbəb ola bilər. Həmçinin şəkərli diabetdən əziyyət çəkənlərə tut yeməmək tövsiyə olunur.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ