Yay fəslində mütləq bunlara əməl edin
Tarix: 20-06-2023, 08:00
Baxılıb: 1 093
Google+ Paylaş
Tumblr Paylaş

Yay fəslində mütləq bunlara əməl edin

20-06-2023, 08:00

Yayda açıq havada vaxt keçirtmək əladır. Amma bu zaman sağlamlığınız üçün bəzi qaydalara əməl etməlisiniz. Günəş vannası qəbul edərkən, su içərkən, paltar seçərkən belə diqqət etməlisiniz.

 D vitamini qaynağı olan günəş vannası qəbul etməyin xeyri qədər, ziyanı da var. Özü də bu zərər uzunmüddətli qalır. Ən çox da yaşı az olanlar günəşdə çox qalmaqdan qaçmalıdırlar.

Havalar isindikcə orqanizmin su itirməsi çoxalır. Əgər bədəni maye ilə təmin etməsəniz, problemlər ortaya çıxacaq. yayda gündə ən az 2,5 litr su içməlisiniz. Orqanizminizdə su ehtiyatının azalıb-azalmadığını sidik rəngindən ayırd edə bilərsiniz. Əgər sidik rənginiz açıqdırsa, deməli yetəri qədər su içmisiniz.

Günəş vannası qəbul edərkən dəridəki qızartılar sonra sizi bronz rəngi edə bilər. Amma idarə etmədiyimiz yanıqlar qalıcı problem yarada bilər. Bu həm dərinin tez yaşlanmasına səbəb olur, həm də dəri xərçəngi yaranma ehtimalını artırır. Bunun üçün günəş vannası qəbul edərkən qoruyucu kremlər çəkin. Daha sonra isə dərini dayanmadan nəmləndirin.

Əgər hovuza girirsinizsə, suyun təmiz olmasına fikir verin. Bu, qulaqda infeksiya xəstəliklərinin yaranmasına və göz problemlərinə səbəb olur. Əgər hovuz və dənizdən sonra gözünüz şişir və irin axırsa, həkimə müraciət edin. Üzərkən qulağınızı tıxayın.

Gözdə qaşınma, şiddətli öskürək, baş ağrınız varsa, alergiya olmusunuz mənasını verir. Bədəninizdə qızartı, qaşıntı yaranırsa, həkimə müraciət edin. çalışın təri qurudan kremlərdən istifadə edin

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ