Ürəyində stent olan xəstələrə ÇUĞUNDUR SUYU-nun inanılmaz təsiri
Tarix: 15-06-2023, 14:52
Baxılıb: 1 570
Google+ Paylaş
Tumblr Paylaş

Ürəyində stent olan xəstələrə ÇUĞUNDUR SUYU-nun inanılmaz təsiri

15-06-2023, 14:52

Çuğundurun orqanizm üçün faydaları məlumdur. Antioksidant təsirə malik olan qırmızı çuğundur bir sıra xəstəliklər zamanı faydalıdır. Dərini gözəlləşdirir, ürək xəstəliklərindən qoruyur, həzmi asanlaşdırır, mədə və bağırsaqların fəaliyyətinə müsbət təsir edir, qəbizliyi, mədə ağrısı və yanğısını aradan qaldırır.

Alimlərin yeni araşdırmasına görə, çuğundur suyu infarkt riskini minimuma endirir.

Mütəxəssislərin bildirdiklərinə görə, stentlər qoyulduqdan sonra altı ay ərzində çuğundur suyu istehlak edən anginalı xəstələrdə xəstəliyin ikinci hücum ehtimalı bu içkini içməyənlərlə müqayisədə daha azdır.

Yeni araşdırmanın nəticələri Britaniya Ürək-Damar Cəmiyyətinin konfransında təqdim edilib.

Alimlər ürəyin işemik xəstəliyi və ya angina pektorisi olan 300 xəstəni izləyiblər. Onların 16 faizində stent qoyulduqdan sonra 2 il ərzində ürək problemləri təkrarlanıb. Bəzən hətta ikinci prosedura ehtiyac yaranıb.

Amma xəstələr hər gün çuğundur suyu içməyə başlayanda bu rəqəm 7% olub. Tədqiqatçılar hesab ediblər ki, şirənin təsiri onun tərkibindəki azot turşusu duzlarından asılıdır. Ağızdakı bakteriyalar onu nitritə və bədəndə azot oksidinə çevirir. Bu da qan damarlarına faydalı təsir göstərir.

Qeyd edək ki, çuğundur suyu hər kəsə üsün göstərişli deyil. Məsələn, bu içdikdən sonra hipotenziya ilə qan təzyiqi dəyəri kritik dərəcədə düşə bilər. Mütəxəssislər, mədənin turşuluğu, bağırsaq xəstəliyi, urolitiyaz, böyrək çatışmazlığı olan şəxslər üçün bu içkinin qəbulunu məsləhət görmür.

Bununla yanaşı, öncəki araşdırmada Türkiyənin Qazi Universitetinin alimləri qırmızı çuğundurun saç tökülməsi, psoriaz, ekzema, övrə, səpki, qaraciyər xəstəlikləri və bədəndə qaşıntının qarşısının alınmasında faydalı olduğunu bildiriblər.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ